...

Moskva aeroportları qara görə iflic oldu - 300 reys təxirə düşdü

Dünya xəbərləri Materials 4 Dekabr 2017 13:07 (UTC +04:00)
Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib.
Moskva aeroportları qara görə iflic oldu - 300 reys təxirə düşdü

Bakı. Trend:

Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib. Trend-in məlumatına görə, "Domodedovo" aeroportunun onlayn-uçuş cədvəlində 152 aviareysin gecikdiyi qeyd olunub.

"Şeremetyevo" hava limanında isə 107 aviareysin təxirə salındığı, daha 120 aviareysin ləngidiyi bildirilir.

Moskva aeroportlarında eləcə də xarici aviaşirkətlərə məxsus təyyarələrin gecikdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti