Bakı. Trend:
Sakit okeanda Mikroneziya dövlətinin sahillərində 6,6 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.
Zəlzələ dekabırın 8-i gecə saatlarında qeydə alınıb. Yeraltı təkanların episentri əhalisi 7 min nəfər təşkil edən Kolonia şəhərindən 236 km şimal-şərqdə yerləşib. Ocağı 45 km dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.