...

Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 25 Yanvar 2018 13:58 (UTC +04:00)
Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib.
Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır.

B.Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti