Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatını apardığı Suriyanın Afrin bölgəsindəki PYD terrorçularına göndərilən 250 min narkotik maddə ələ keçirilib.
Trend-in məlumatına görə, araşdırma zamanı bu narkotik maddələrin cəsarət verici xüsusiyyəti olduğu aşkar edilib.
Narkotikin müsadirə olunduğu Adanada 2 nəfər saxlanılıb. Məlum olub ki, narkotik vasitələr əvvəlcə Türkiyənin Hatay vilayətinə, oradan da Afrinə göndəriləcəkdi.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.