...

Fransada nümayişlərdə 210 mindən artıq insan iştirak edib

Dünya xəbərləri Materials 2 May 2018 03:17 (UTC +04:00)

Bakı. Trend:

Fransada nümayişlərdə 210 mindən artıq insan iştirak edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın "Ümumi əmək konfederasiyası" həmkarlar ittifaqı bildirib.

Fransanın Daxili İşlər Nazirliyi isə öz növbəsində nümayişlərdə 143,5 min insanın iştirak etdiyi bildirir.

Parisdə keçirilən 1 may nümayişləri zamanı çoxsaylı iğtişaşlar baş verib. Nümayişlər zamanı qara maskalı cavan insanlar mağazaların, restoranların vitrinlərini sındırıblar, şəhərin mərkəzində avtomobil yandırıblar. İşğtişaşlar zamanı 200-ə yaxın insan saxlanılıb.

Xəbər lenti

Xəbər lenti