...

Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzenin hökuməti təsdiq olunub

Dünya xəbərləri Materials 20 İyun 2018 21:07 (UTC +04:00)
Gürcüstan parlamenti bu gün keçirdiyi növbədənkənar iclasda yeni baş nazir Mamuka Baxtadzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.
Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzenin hökuməti təsdiq olunub

Bakı. Trend:

Gürcüstan parlamenti bu gün keçirdiyi növbədənkənar iclasda yeni baş nazir Mamuka Baxtadzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.

Trend-in məlumatına görə, yeni kabinetin lehinə 99, əleyhinə 6 deputat səs verib.

Yeni hökumətdə iqtisadiyyat, maliyyə və xarici işlər naziri dəyişib.

M.Baxtadze demokratik institutların möhkəmləndirilməsi, təhsil sistemində fundamental islahatlar, orta və kiçik biznesin inkişafını yeni hökumətin prioritet istiqamətləri elan edib.

Qeyd edək ki, Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti iyunun 13-də istefaya yollanmışdı.

36 yaşlı M.Baxtadze G.Kvirikaşvili hökumətində maliyyə naziri vəzifəsində işləyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti