...

Nepalda avtobus dağdan aşıb: 20 ölü, 12 yaralı

Dünya xəbərləri Materials 7 İyul 2018 02:15 (UTC +04:00)
Nepalın Mustanq rayonunda işçiləri daşıyan avtobus dağdan aşıb
Nepalda avtobus dağdan aşıb: 20 ölü, 12 yaralı

Bakı. Trend:

Nepalın Mustanq rayonunda işçiləri daşıyan avtobus dağdan aşıb.

Trend-in məlumatına görə, bu barədə rayon administrasiyasının rəhbəri Şışır Paudel bildirib.

Onun sözlərinə görə, avtobusun sürücüsü idarəetməni itirib və 50 metr yüksəklikdən aşıb.

Qəza nəticəsində 14 kişi və 6 qadın hadisə yerində dünyasını dəyişib. Yaralananlardan 3-nü hərbi helikopterlə Pokxara şəhərindəki xəstəxanaya çatdırıblar, 9-u isə Mustanq rayonunda xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti