Bakı. Trend:
Kubanın Konsolasyon del Sur bələdiyyəsində yük maşını qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsind yük maşınında olan 40 nəfərdən 36-sı müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, xəsarət alanların 11-i uşaq olub. Qəzanın səbəbi barədə məlumat verilmir.