...

Çexiyada "Fabien" tufanı 140 min nəfəri işıqsız qoydu

Dünya xəbərləri Materials 24 Sentyabr 2018 12:49 (UTC +04:00)

Bakı. Trend:

Çexiyada "Fabien" tufanı nəticəsində 60 min ailə işıqsız qalıb.

Trend-in məlumatına görə, qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlər gecə saatlarından davam edir.

Tufan nəticəsində 140 min istehlakçı elektrik enerjisiz qalıb, onların böyük hissəsi artıq şəbəkəyə qoşulub. Təqribən 60 min ailə hələ də işıqsızdır.

"Fabien" qatarların gecikməsinə də səbəb olub. Bundan başqa, ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti