...

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub

Dünya xəbərləri Materials 15 Noyabr 2018 01:50 (UTC +04:00)
Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.
Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub

Bakı. Tural Turan - Trend:

Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkat” Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.

Seçkilər günü Gürcüstanda qeyri-iş günü elan olunub. Ölkə daxilində seçki dairələri saat 20:00-a qədər, ölkə xaricində isə - yerli vaxtla gecə yarıya qədər açıq olması gözlənilir.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti