...

Sakit okeanda 3800 ədəd avtomobil daşıyan gəmi yana-yana gedir (VİDEO)

Dünya xəbərləri Materials 9 Yanvar 2019 12:04 (UTC +04:00)
Sakit okeanda göyərtəsində 3800 ədəd avtomobil olan gəmi yanıb.
Sakit okeanda 3800 ədəd avtomobil daşıyan gəmi yana-yana gedir (VİDEO)

Bakı. Trend:

Sakit okeanda göyərtəsində 3800 ədəd avtomobil olan gəmidə yanğın baş verib.

Trend-in məlumatına görə, 198 metrlik "Sincerity Ace" gəmisi avtomobilləri Yaponiyadan Havay adalarına aparırdı.

Hadisə nəticəsində 21 ekipaj üzvündən 16-sı xilas edilib, 4-ü ölüb, biri isə itkin düşüb.

"Nissan" konserni gəmidə bu markalı 3500 ədəd avtomobilin olduğunu təsdiq edib. Yüklərin vəziyyəti barədə məlumat verilmir.

Yanğının səbəbi hələ məlum deyil. Gəminin hələ də yandığı və ekipajsız hərəkət etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti