...

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar

Dünya xəbərləri Materials 13 Yanvar 2019 12:39 (UTC +04:00)
BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar
BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar

Bakı. Trend:

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.

Trend-in məlumatına görə, bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.

Baş direktor bildirib: ""Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".

Onun sözlərinə görə, analoji yoxlama keçirmək məqsədilə Bəhreynin "Gulf Air" və BƏƏ-nin "Etihad" aviaşirkətləri də hava limanına müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti