...

İstanbulda partlayış - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 26 Yanvar 2019 14:41 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində partlayış baş verib
İstanbulda partlayış - Xəsarət alanlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə Büyükçekmece rayonunda binaların birinda baş verib.

Partlayış nəticəsində ilkin məlumatlara əsasən 3 nəfər xəsarət alıb.

Qeyd olunur ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və tibbi yardım briqadaları cəlb olunub.

Partlayışın səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti