...

SORĞU: Digər dövlətlərin liderləri Donald Trampa hörmət etmir

Dünya xəbərləri Materials 26 Fevral 2019 16:33 (UTC +04:00)
Amerikalıların əksəriyyəti hesab edir ki, dünyada onların ölkələrinə ümumilikdə dostcasına münasibət var.
SORĞU: Digər dövlətlərin liderləri Donald Trampa hörmət etmir

Bakı. Trend:

Amerikalıların əksəriyyəti hesab edir ki, dünyada onların ölkələrinə ümumilikdə dostcasına münasibət var, lakin digər dövlətlərin liderləri ABŞ Prezidenti Donald Trampa hörmət etmirlər.

Trend-in məlumatına görə, bunu "Gallup" xidmətinin 2018-ci il üzrə apardığı ictimai rəy sorğusunun nəticəsi göstərir.

Sorğuya əsasən, respondentlərin 58%-i əmindir ki, ABŞ digər ölkələrdə əhəmiyyətli dərəcədə müsbət qəbul olunur.

Rəyi soruşulanların 53 faizi güman edir ki, dünyada Birləşmiş Ştatların imicini yaxşılaşdırmaq lazımdır. 2017-ci ildə isə 67 faiz imicdən narazı idi.

65 faiz amerikalı hesab edir ki, D.Trampın xarici həmkarları yanında hörməti yoxdur. 31 faiz isə əksini düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti