...

Fransada etiraz aksiyalarında 40 mindən artıq insan iştirak edib

Dünya xəbərləri Materials 24 Mart 2019 07:31 (UTC +04:00)
Fransada "sarı jiletlər" hərəkatının keçirdiyi etiraz aksiyalarında 40,5 min insan iştirak edib
Fransada etiraz aksiyalarında 40 mindən artıq insan iştirak edib

Bakı .Trend:

Fransada "sarı jiletlər" hərəkatının keçirdiyi etiraz aksiyalarında 40,5 min insan iştirak edib.

Trend-in "TASS"a istinadən verdiyi məllumata görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Onun sözlərinə görə, etiraz aksiyaları zamanı ölkə ərazisində 233 nəfər saxlanılıb, 107 etirazçı cərimələnib: "Bütün sanksiyalaşdırılmış aksiyalar normla keçib".

Qeyd edək ki, ötən gün Fransada "sarı jiletlər" hərəkatının sayca 19-cu aksiyası keçirilib. Ölkə ərazisində təhlükəsizliyi təmin etmək üçün 6 minə yaxın hüquq-mühafizə orqanı səfərbər edilib.

Fransada "sarı jiletlər" hərəkatının etiraz aksiyaları ötən il noyabrın 17-si başlayıb. Aksiya iştirakçıları yanacaq və benzinin qiymətinin qalxmasına qarşı çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti