Bakı. Trend:
Niderlandın paytaxt Amsterdamda moped və skuter (o cümlədən elektrik enerjisi ilə işləyənlər) sürücülərinə velosiped yollarından istifadə etməyi qadağan edən qanun qüvvəyə minib.
Trend-in məlumatına görə, hakimiyyət bununla qəzaların sayını ildə təxminən 300-ə qədər azaltmaq istəyir.
Bu vaxta qədər saatda 20 kilometrə qədər sürəti olan mopedlər veloyollarla hərəkət edə bilirdi, lakin şəhərdə velosipedlərin sayının daha da artması motorlu nəqliyyat vasitələrinin sürücülərini yola keçməyə məcbur edib.