...

Almaniyada hava şarı qəzaya uğradı - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 5 İyun 2019 15:50 (UTC +04:00)
Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında hava şarının qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Almaniyada hava şarı qəzaya uğradı - Xəsarət alanlar var

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında hava şarının qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, insident ötən gün axşam saatlarında Marsberq şəhərində baş verib.

Spiralları açılan hava şarı yerə düşüb və bir neçə dəfə fırlanıb.

Hava şarında 10 nəfərin olduğu deyilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin daha dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti