Bakı. Trend:
Türkiyənin təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında gedən atışma nəticəsində bir türk əsgəri öldürülüb.
Trend-in məlumatına görə, atışma Türkiyənin Hakkari vilayətində baş verib.
Bildirilir ki, Hakkari Dövlət Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq, atışmada yaralanan əsgər dünyasını dəyişib.