Bakı. Trend:
Sakit okeanda, Yaponiyanın paytaxtı Tokiodan 300 kilometr cənubda 6 bal gücündə zəlzələ baş verib.
Trend-in Yaponiya Milli Metereologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hatidzö adasının şərqində, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, zəlzələ Tokionun mərkəzi hissəsində və yaxınlıqdakı prefekturalarda hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.