...

ABŞ "Trident II" ballistik raketlərini sınaqdan keçirib

Dünya xəbərləri Materials 7 Sentyabr 2019 03:38 (UTC +04:00)
ABŞ Hərbi Dəniz Qüvvələri bu həftə "Trident II" ballistik raketlərinin 4 sınaq buraxlışını həyata keçirdiblər
ABŞ "Trident II" ballistik raketlərini sınaqdan keçirib

Baki.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri bu həftə "Trident II" ballistik raketlərinin 4 sınaq buraxlışını həyata keçirdiblər.

Trend-in məlumatına görə, raketlər sentyabrın 4-ü və 6-sı Kaliforniyanın cənubunda "USS Nebraska" sualtı qayığından buraxılıb.

Məlumata əsasən, sınaqlar plan əsasında sistemin dəqiqliyini və etibarlılığını qorumaq və qiymətləndirmək üçün keçirilib.

Qeyd olunur ki, "Trident II" raketlərinin 2024-cü ildə xidmətdən çıxarılması planlaşdırılırdı, lakin xidmət müddəti 2040-cı ilə qədər uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti