...

Yaponiyada tufan 930 min evi işıqsız qoydu

Dünya xəbərləri Materials 9 Sentyabr 2019 07:28 (UTC +04:00)
Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb
Yaponiyada tufan 930 min evi işıqsız qoydu

Bakı. Trend:

Yaponiyanın Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə "TEPCO" energetika kompaniyası bildirib.

Məlumata əsasən, Tokio ilə yaxınlıqda olan Çiba prefekturasında ən azı 20 nəfər xəsarət alıb. Həmin prefekturada güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Sakit okeandan Tokioya yaxınlaşan tayfuna görə yüzə yaxın avia reyslər ləğv edilib.

Bildirilir ki, bəzi ərazilərdə evlərdəki şüşələr qırılıb, tikinti meşələri və ağaclar dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti