...

Dağıstanda futbol matçı zamanı kütləvi dava baş verib, xəsarət alan var

Dünya xəbərləri Materials 16 Sentyabr 2019 02:19 (UTC +04:00)
Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib
Dağıstanda futbol matçı zamanı kütləvi dava baş verib, xəsarət alan var

Bakı. Trend:

Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin "İnstaqram" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Mahaçqalanın "Trud" meydançasında iki futbol komandası arasında dava baş verib. Davada təxminən 40 nəfər iştirak edib".

Bildirilir ki, polislər davada iştirak edən 5 nəfəri saxlayıblar.

Dava nəticəsində bir nəfər xəsarət alıb və xəsatəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti