Bakı. Trend:
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif və BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pederson arasında görüş keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Suriya məsələsini müzakirə ediblər.
Bildirilir ki, görüş Suriyada oktyabrın 30-u fəaliyyətə başlayacaq Konstitusiya Komitəsinin işə düşməsindən əvvəl reallaşıb.
Qeyd edək ki, daha əvvəl nazirlər Astana formatında görüş keçiriblər.