Bakı. Trend:
İŞİD terror təşkilatı qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi haqqında məlumatları təsdiqləyib.
Trend-in məlumatına görə, Abi İbrahim əl-Haşimi əl-Kuraşi İŞİD-in yeni lideri təyin edilib.
Qeyd edək ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp Əbu Bəkr əl-Bağdadinin Suriyada xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirmişdi.