Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Çankırı vilayətində İŞİD terror təşkilatına qarşı növbəti polis əməliyyatı keçirilib.
Trend-in məlumatına görə, əməliyyat zamanı 12 nəfər saxlanılıb.
Saxlanan şəxslər arasında bir müddət əvvəl zərərsizləşdirilmiş İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin fərdi aşpazı da var.
Bütün saxlananların İraq vətəndaşı olduğu deyilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.