...

Britaniyada 39 vyetnamlının ölümündə şübhəli bilinən üçüncü şəxs saxlanılıb

Dünya xəbərləri Materials 26 Noyabr 2019 05:03 (UTC +04:00)
Noyabrın 25-də İngiltərə polisi 39 vyetnamlının ölümü ilə əlaqədar istintaq çərçivəsində qəsdən olmadan adam öldürməkdə şübhəli bilinən daha bir şəxsi saxlayıb
Britaniyada 39 vyetnamlının ölümündə şübhəli bilinən üçüncü şəxs saxlanılıb

Bakı. Trend:

Noyabrın 25-də İngiltərə polisi 39 vyetnamlının ölümü ilə əlaqədar istintaq çərçivəsində qəsdən olmadan adam öldürməkdə şübhəli bilinən daha bir şəxsi saxlayıb.

Trend-in məlumatına görə, Esseks polisi, noyabrın 25-də Purflit şəhər sakini, 36 yaşlı kişinin tutulduğunu söyləyib.

Polisin "Twitter" səhifəsində yerləşdirdiyi açıqlamasında deyilir ki, 39 vyetnamlının ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində, noyabrın 25-i səhər, Londonun şərqində yerləşən Dalston ərazisindəki bir evdə, qəsdən olmadan adam öldürmə, insanları qanunsuz daşınması və qanunsuz mühacirəti üçün sövdələşmədə şübhəli bilinən Purflitdən olan kişi saxlanılıb.

Hüquq mühafizə orqanları, şübhəlinin hazırda dindirilmək üçün nəzarətdə olduğunu qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti