...

Hərbçilərə hücum edən şəxs 30 illik azadlıqdan məhrum edilib

Dünya xəbərləri Materials 12 Dekabr 2019 22:32 (UTC +04:00)
Fransada andlı iclasçılar məhkəməsinin qərarı ilə 2015-ci ildə Nitsada hərbçilərə bıçaqla hücum edən Musa Kulibali 30 illik cəzaya məhkum edilib
Hərbçilərə hücum edən şəxs 30 illik azadlıqdan məhrum edilib

Bakı. Trend:

Fransada andlı iclasçılar məhkəməsinin qərarı ilə 2015-ci ildə Nitsada hərbçilərə bıçaqla hücum edən Musa Kulibali 30 illik cəzaya məhkum edilib.

Trend-in məlumatına görə, bu barədə "Le Monde" qəzeti yazıb.

Məlumata əsasən, Kulibali əməlindən tövbə etməyib.

Bildirilib ki, həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum etmişdi.

Kulibali qeyd etmişdi ki, hücumu polisə, hərbçilərə və yəhudilərə qarşı nifrətə görə törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti