...

Ərdoğan və Tramp Suriya və Liviyadakı hadisələri müzakirə ediblər

Dünya xəbərləri Materials 2 Yanvar 2020 21:25 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri, Liviya və Suriyadakı hadisələr də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

T.Ərdoğan İraqda ABŞ-ın təhlükəsizlik qüvvələrinə edilən hücumdan təəssüfləndiyini və ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumların dayandırıldığından məmnun olduğunu bildirib.

Telefon danışığı zamanı hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədlərə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti