Bakı. Trend:
Fransa paytaxtında pensiya islahatlarına etiraz aksiyaları zamanı radikallar iğtişaşlar törədiblər.
Trend-in məlumatına görə, nümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib.
Paytaxtın Domenil prospektində, maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanları öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.