...

Qazaxıstanda kütləvi dava - 8 ölü (VİDEO)

Dünya xəbərləri Materials 8 Fevral 2020 12:23 (UTC +04:00)
Gecə saatlarında Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda sakinlər arasında kütləvi dava baş verib
Qazaxıstanda kütləvi dava - 8 ölü (VİDEO)

Bakı. Trend:

Gecə saatlarında Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda sakinlər arasında kütləvi dava baş verib.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 8 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.

Hadisə zamanı onlarla ev yandırılıb.

Polis 50-yə yaxın şəxsi saxlayıb. Qeyd olunur ki, münaqişə məişət zəminində başlayıb.

Ölkə prezidenti Kasım-Jomart Tokayev Baş prokurorluğa insidentin araşdırılması ilə bağlı tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti