...

Avstraliya Cənubi Koreyadan gələnlərin ölkəyə girişinə qadağa qoyub

Dünya xəbərləri Materials 5 Mart 2020 11:52 (UTC +04:00)
Avstraliya hökuməti Cənubi Koreyadan əcnəbi vətəndaşların ölkəyə daxil olmasını qadağan edib
Avstraliya Cənubi Koreyadan gələnlərin ölkəyə girişinə qadağa qoyub

Bakı. Trend:

Avstraliya hökuməti Cənubi Koreyadan əcnəbi vətəndaşların ölkəyə daxil olmasını qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın Baş naziri Skott Morrisonun bəyanatında deyilir.

Bundan əvvəl, Avstraliya Çin və İranla bağlı müvafiq qərarı qəbul etmişdi.

Qərara əsasən, martın 5-dən başlayaraq Cənubi Koreyada olan xarici vətəndaşlar bu ölkədən çıxdıqdan sonra 14 gün ərzində Avstraliyaya gələ bilməyəcək.

Eyni zamanda Cənubi Koreyada olan Avstraliya vətəndaşları iki həftə müddətinə karantinə alınacaq.

Qeyd edək ki, Avstraliyada koronavirusa yoluxanların sayı 43 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti