...

Pompeo BMT-nin baş katibi ilə görüşəcək

Dünya xəbərləri Materials 6 Mart 2020 08:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dövlət Katibi Mayk Pompeo martın 6-da BMT-nin baş katibi Antonio Quterreş ilə görüşəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqusun bəyanatında deyilir.

Bəyanatda bildirilir:

"Dövlət katibi Mayk Pompeo Nyu-Yorka səfər edir. Martın 6-da Pompeo BMT-nin baş katibi Antonio Quterreş ilə görüşəcək və çoxtərəfli məsələləri müzakirə edəcək. Dövlət katibi Nyu-Yorkda həmçinin maliyyə sahəsinin rəhbərləri ilə də görüşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti