...

Fransada koronavirusa yoluxanların sayı 4,5 min nəfərə çatıb

Dünya xəbərləri Materials 15 Mart 2020 00:45 (UTC +04:00)

Bakı. Trend:

Fransada koronavirus xəstələrinin sayı 4,5 minə, qurbanların sayı 91-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

"Hazırda yoluxmuş şəxslərin sayı 4,5 min təşkil edir. Bu göstərici son 72 saat ərzində iki dəfə artıb", - deyə o qeyd edib.

Salomon bildirib ki, ən çox yoluxma hallarının aşkar edildiyi bölgələr Burqundiya, İl-de-Frans, Overn və Korsikadır və respublika bütün ərazisində mövcud olan virusun yayılmasının üçüncü mərhələsi ilə üzləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti