...

Koronavirusun simptomlarının sayı artıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 17:40 (UTC +04:00)
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomlarının siyahısını yeniləyib
Koronavirusun simptomlarının sayı artıb

Bakı. Trend:

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomlarının siyahısını yeniləyib.

Trend-in məlumatına görə, COVID-19-un simptomları sırasına titrətmə, əzələ ağrıları, baş ağrısı, iybilmənin itməsi və boğaz iltihabı əlavə edilib.

Qeyd olunur ki, bəzi simptomlar, yəni sianoz, nəfəs darlığı, sinədə aralıqsız ağrı və fikir dağınıqlığı təcili tibbi yardımın göstərilməsini tələb edir.

Daha əvvəl koronavirusun simptomları arasında yüksək temperatur, öskürək və təngnəfəslik yer alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti