Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 25 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 032 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, koronavirusa yoluxanlardan 1 445 nəfəri sağalıb, 22 nəfəri isə vəfat edib.