...

Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini keçdi

Dünya xəbərləri Materials 15 İyun 2020 11:56 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 246 nəfər virusa yoluxub, 143 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 537 210 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 091 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 284 539 nəfər virusdan sağalıb, 245 580 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti