...

Yeni Zelandiyada son 24 sutkada ilk dəfə 2 koronavirusa yoluxma halı aşkarlanıb

Dünya xəbərləri Materials 16 İyun 2020 08:46 (UTC +04:00)
Yeni Zelandiyada son 24 sutkada ilk dəfə 2 koronavirusa yoluxma halı aşkarlanıb

Bakı. Trend:

Yeni Zelandiya hakimiyyəti son sutkada iki yeni koronavirusa yoluxma halı qeydə alıb.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə yerli səhiyyə nazirliyi xəbər verib.

Qurumnan bildirilir ki, yoluxanların hər ikisi Britaniyadan gəliblər. Qaydalara uyğun olaraq onlar təcrid ediliblər və qohumları ilə əlaqədə olmayıblar, infeksiya təsdiqlənəndən sonra isə xüsusi karantin mərkəzinə yerləşdiriliblər.

Nazirlikdə qeyd ediblər ki, may ayının 25-dən ölkədə koronavirusdan ölüm halı qeyd olunmayıb.

Hazırda ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 1 506, sağalananların sayı 1 482, ölənlərin sayı isə 22 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti