...

Kaliforniyada 120 minə yaxın insan təxliyə olunur

Dünya xəbərləri Materials 22 Avqust 2020 06:21 (UTC +04:00)
Kaliforniyada 120 minə yaxın insan təxliyə olunur

Bakı. Trend:

Kaliforniya ştatının hakimiyyəti evləri təbii yanğınlar təhlükəsi altında olan 119 mindən çox sakinin təxliyə edilməsini əmr etdi.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Qevin Nyusom açıqlama verib.

"Evakuasiya bildirişləri çox ciddi qəbul edilməlidir. 119,000 insana belə bildirişlər göndərmişik", - qubernatir deyib. Bununla yanaşı, "Associated Press" in məlumatında bu rəqəmin artıq 140 min nəfəri keçdiyi bildirilir.

Qubernatorun sözlərinə görə, Kaliforniyanın şimalındakı yanğın ocaqlarının sayı 367-dən 560-a qədər artıb. 312 min hektar ərazisi yanıb. Yanğına qarşı mübarizə aparmaq üçün 12 mindən çox yanğınsöndürən, mindən çox nəqliyyat vasitəsi, 241 buldozer, 88 helikopter və su boşaltma sistemi olan 24 təyyarə cəlb edilib. Təbii fəlakət qurbanlarının sayı altı nəfərə çatıb.

Q.Nyusom yüksək hərarət və yanğınlar səbəbiylə avqustun 18-də fövqəladə vəziyyət elan edib. Moxave səhrasının dağlararası "Ölüm Vadisi" adlanan çökəkliyində yeni temperatur rekordu qeyd edilib - bölgədəki termometr sütunları 54,4 dərəcəyə qədər yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti