...

Emoməli Rəhmon prezident seçkilərində qalib gəldi

Dünya xəbərləri Materials 12 Oktyabr 2020 10:19 (UTC +04:00)
Emoməli Rəhmon prezident seçkilərində qalib gəldi

Bakı. Trend:

Tacikistanda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, hazırkı prezident Emoməli Rəhmon növbəti dəfə ölkə prezidenti seçilib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, E.Rəhmon 90,92 faiz səs toplayıb. Səsvermədə seçici fəallığı 85,4 faizə bərabər olub.

Qeyd edək ki, Emoməli Rəhmon 5-ci dəfə Tacikistan prezidenti vəzifəsinə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti