...

İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib

Dünya xəbərləri Materials 3 Dekabr 2020 14:47 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 13 922 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 003 494 nəfərə çatıb. Virus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 358 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 49 348 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 699 315 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 6,25 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi hazırda İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı, 106 rayonun isə sarı zona olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti