Bakı. Orxan Nəbiyev - Trend:
"SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskın sərvəti son sutka ərzində 25 milyard dollar artıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi bildirib.
Qeyd olunur ki, bu, bir gün ərzində qeydə alınan ən yüksək artım olub. Buna səbəb "Tesla" şirkətinin səhmlərinin 20 faizə yaxın bahalaşmasıdır.
Hazırda İ.Mask 174 milyard dollar varidatla dünyanın ən zəngin şəxsləri sırasında ikinci yerdə qərarlaşıb.
Birinci sırada 180 milyard dollarla "Amazon" şirkətinin təsisçisi Ceff Bezos yer alıb.