...

Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Dünya xəbərləri Materials 19 Aprel 2021 09:04 (UTC +04:00)
Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Bakı. Trend:

Hindistanda ötən sutka ərzində koronavirusa 273 810 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 061 919 nəfərə çatıb.

Məlumata əsasən, son 24 saat ərzində koronavirusdan 1 619 nəfər ölüb, ölənlərin ümumi sayı 178 769 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 12 953 821 nəfəri sağalıb, hazırda 1 929 329 nəfərin müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti