...

BMT Təhlükəsizlik Şurası Quterreşi baş katib vəzifəsində ikinci müddət üçün tövsiyə edib

Dünya xəbərləri Materials 8 İyun 2021 23:57 (UTC +04:00)

Bakı.Trend:

BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında BMT-nin hazırkı baş katibi Antonio Quterreşin namizədliyinin bu vəzifədə ikinci müddətə irəli sürülməsi tövsiyə edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunuTəhlükəsizlik Şurasının hazırkı sədri, Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurqenson deyib.

S.Yurqenson bildirib: "BMT Təhlükəsizlik Şurası BMT Baş Assambleyasına Antonio Quterreşin 1 yanvar 2022 - 31 dekabr 2026 tarixləri üçün BMT Baş Katibi vəzifəsinə ikinci müddətə təsdiq edilməsini tövsiyə edib".

Estoniyalı diplomat qeyd edib ki, A.Quterreşin namizədliyi üzrə səsvermə BMT Baş Assambleyasında iyunun 18-i keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti