...

Çində iri şist nefti ehtiyatı aşkar edilib

Dünya xəbərləri Materials 25 Avqust 2021 10:23 (UTC +04:00)
Çində iri şist nefti ehtiyatı aşkar edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin "PetroChina" energetika şirkəti ölkənin cənub-şərqindəki Heyluntszyan əyalətində yerləşən Datsin neft yatağında iri şist nefti ehtiyatları aşkar edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qiymətləndirmələrə əsasən, aşkar olunan şist nefti ehtiyatları 1,268 milyard ton təşkil edir.

Datsin neft-qaz yatağı 1959-cu ildə kəşf olunub. Yataqda mövcud neft və qaz ehtiyatları müvafiq olaraq 5,7 milyard ton və 1 trilyon kubmetrə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti