...

Britaniyanın keçmiş baş naziri Devid Kemeron barəsində yeni yoxlamalar başlanılıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2021 08:43 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın lobbiçilik fəaliyyəti üzrə nəzarət orqanı keçmiş baş nazir Devid Kemerona qarşı bir ildə ikinci dəfə araşdırmalara başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbər verib.

Məlumata əsasən, rəsmi araşdırma təxminən avqustun 2-də başlayıb. Nəzarət orqanından bildirilib ki, bu, "qeydiyyatsız lobbiçilik" ilə əlaqədardır.

Lakin qurum yoxlamanın təfərrüatlarını açıqlamayıb və nəticələr başa çatdıqdan sonra dərc olunacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti