...

"Taliban" İŞİD-i "baş ağrısı" adlandırıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2021 05:28 (UTC +04:00)

Bakı. Trend:

Müvəqqəti Əfqanıstan hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid İŞİD terror qruplaşmasının "Taliban" üçün təhlükəli olmadığını bildirib.

Trend-in məlumatına görə, bu barədə "TOLO News" telekanalı xəbər verib.

"Taliban"ın rəsmi nümayəndəsi İŞİD-i təhdid yox, "baş ağrısı" olduğunu bildirib. Onun sözlərinə görə, sakinlər terrorçuları dəstəkləmirlər:

"Bəzi yerlərdə İŞİD baş ağrısı yaradır, lakin hər insidentdən sonra onu törədənlər məhv edilir. Biz onları qovuruq, sığınacaqlarını aşkar etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti