...

Sudanda etiraz aksiyası zamanı 5 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Noyabr 2021 04:29 (UTC +04:00)
Sudanda etiraz aksiyası zamanı 5 nəfər ölüb

Bakı. Trend:

Sudanın Xartum və Omdurman şəhərlərində etiraz aksiyaları zamanı ölənlərin sayı artıb.

Trend-in Sudanın Mərkəzi Həkimlər Komitəsinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Daha əvvəl 1 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, Sudanın Xartum və Omdurman şəhərlərində ölkədə hərbi çevriliş edən hərbçilərin fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti