...

Qazaxıstanda yeni müdafiə naziri təyin olunub

Dünya xəbərləri 19 Yanvar 2022 13:15 (UTC +04:00)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Ruslan Jaksılıkov Qazaxıstanın yeni müdafiə naziri təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

R.Jaksılıkov bu vəzifədə Murat Bektanovu əvəz edəcək.

Qeyd edək ki, Ruslan Jaksılıkov bundan əvvəl daxili işlər nazirinin müavini, Milli Qvardiyanın komandanı vəzifəsində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti