Bakı. Trend:
Tacikistan-Qırğızıstan sərhədində atışma zamanı Tacikistanın 5 vətəndaşı yaralanıb, biri ölüb. Yaralananlar yerli xəstəxanaya çatdırılıb.
Trend-in məlumatına görə, bu barədə Tacikistanın " ASIA-Plus" media-qrupu bildirib.
Bildirilib ki, Qırğızıstan tərəfdən atılan mərminin evinə düşməsi nəticəsində rayonun Somoniyon kənd sakini ölüb:
"Münaqişə zamanı yaralananların sayı beş nəfərə çatıb: iki hərbçi və üç mülki şəxs".
Yaralananların vəziyyətinin stabil olduğu bildirilib.