...

BMT-nin Baş katibi Pekində Çin rəhbərliyi ilə görüşəcək

Dünya xəbərləri Materials 5 Fevral 2022 01:11 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Çin rəhbərliyinin nümayəndələri ilə görüşəcək, digər dünya liderləri ilə təmasları da mümkündür.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı BMT baş katibinin nümayəndəsinin müavini Eri Kaneko deyib.

"Sabah o, Si Tsinpin təşkil edəcəyi dövlət başçıları üçün lançda iştirak edəcək və Çin rəhbərliyi, eləcə də Olimpiadaya qatılan digər liderlərlə görüşü gözlənilir", - deyə o bildirib.

E.Kaneko A.Quterreşin konkret kiminlə görüşəcəyini dəqiqləşdirməyib və qeyd edib ki, baş katibin yekun cədvəli üzərində hazırlıq işləri gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti